UEFA-dan Finlandiya millisinin və ÇSKA-nın üzvünə ağır cəza!

15:09 18 Noyabr 2016

Finlandiya millisinin və Rusiyanın ÇSKA klubunun futbolçusu Roman Yeryomenko 2 illiyinə futboldan kənarlaşdırılıb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Futbolçunun UEFA tərəfindən sərt cəza ilə üzləşməsinin səbəbi qanında narkotik maddənin aşkar edilməsidir. 
29 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Udineze", "Syena" və "Dinamo Kiyev" kimi klubların şərəfini qoruyub. Yeryomenko Kazanın "Rubin" klubunun heyətində Bakıda "Neftçi" ilə Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən oyunda da meydana çıxan futbolçular arasında olub.


Digər xəbərlər

Xəbər xətti