UEFA reytinqi: Millimiz gerilədi

15:49 18 Noyabr 2016

Bu gün milli komandaların UEFA reytinqinin yeni siyahısı açıqlanıb.

Sportarena.az xəbər verr ki, millimiz ötən ayla müqayisədə 1 pillə geriləyib. Xal hesabı 16 701 olan komandamız 39-cu yerə yuvarlanıb. Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya zirvədəki yerini qoruyub.

Çexiya 1 pillə irəliləyərək 23-cü yerdə qərarlaşıb. Şimali İrlandiya da 1 pillə irəliləyərk 26-cı yerə yüksəlib. Norveç 1 pillə geriləyərək 32-ci yerə düşüb. San Marino isə 54-cüdür. 


Xəbər xətti