"Zaqatala"nın futbolçusu qovuldu!

17:18 18 Noyabr 2016

Bu gün Azərbaycan I divizionunda XII turun  oyunları çərçivəsində "Zaqatala" doğma meydanda "Ağsu"nu qəbul edir.


Sportarena.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, matçın 64-cü dəqiqəsində "Zaqatala" klubunun yarımmüdafiəçisi Arzuman Nəsibov meydandan qovulub. Buna səbəb futbolçunun simulasiya etməsi olub. Belə ki, oyun ərzində sarı vərəqə ilə cəzalanan futbolçu, rəqib cərimə meydançasında simulasiya etdiyinə görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.


Qeyd edək ki, hal-hazırda davam edən matçda hesab 3:1 "Zaqatala"nın xeyrinədir. 

İlkin İsmayılzadə, Zaqatala.


Digər xəbərlər

Xəbər xətti