"Premyer Liqaya tam hazır vəziyyətdə gəlmək istəyirik"

18:33 18 Noyabr 2016

Birinci divizionun 12-ci turu çərçivəsində keçirilən "Zaqatala" - "Ağsu" görüşü başa çatıb.
Matçdan sonra Ağsunun baş məşqçisi oyun haqda fikirlərini bildirib:
"Yaxşı çıxış etdik. Ancaq buna baxmayaraq nəticə ürəyimizcə olmadı. Mübarizəni sona kimi davam etdirəcəyik. Biz cavan klubuq. Biz istəyirik ki, Premyer Liqaya tam hazır vəziyyətdə gələk. Lisenziyalaşdırma problemimiz var. Lisenziyalaşdırmanın əsas şərtlərindən biri uşaq futbolunu inkişaf etdirməkdi. Bizim isə indi imkanımız yalnız ildə bir komandanı yaratmağa çatır. Biz uşaq futbolunun inkişafı ilə bağlı daim çalışırıq".(idmanxeber.com)


Digər xəbərlər

Xəbər xətti