Tural Nərimanov: "Kəpəz"i qane edən nəticəni qazanmağa çalışacağıq"

11:56 19 Noyabr 2016

Azərbaycan Premyer Liqasında təxminən iki həftəlik fasilə başa çatır.

 

Sportarena.az xəbər verir ki, 12-ci turda "Kəpəz” səfərdə "Qarabağ”la qarşılaşacaq. 
 

İlk dövrədə Gəncədə 1:1 hesabı ilə heç-heçə oynayan tərəflərin yenə azarkeşlərə güzəştsiz mübarizənin həyacanını yaşadacağı gözləniləndir. Klub saytına açıqlama verən Gəncə təmsilçisinin müdafiəçisi Tural Nərimanov həm ağdamlılarla oyun, həm də fasilə müddətindəki hazırlıq prosesindən danışıb:
 
"Fasilə dövründən faydalı şəkildə yararlanmağa çalışdıq. Deyə bilərəm ki, hazırlığımız səmərəli keçdi. Bütün fikrimizi məşqlərə yönəltmişdik, istəyimiz məşqçilər korpusu tərəfindən verilən bütün tapşırıqları yerinə yetirmək idi. Əsas diqqəti ilk günlərdə fiziki hazırlığa vermişdik. Sonra yoxlama oyunu keçirdik və qələbə qazandıq. Düzdü, bizim üçün əsas olan qələbə yox, komandanın necə hazırlıq keçməsini görmək idi. Demək olar ki, hər şey normaldır, yaxşı hazırlaşmışıq. Bizi qarşıda "Qarabağ”la çox çətin oyun gözləyir. Evdə bu rəqiblə görüşümüz maraqlı alınmışdı. Səfər matçında "Kəpəz"i qane edən nəticəni qazanmağa çalışacağıq". 
 
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Kəpəz" oyunu 18:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti