"Qəbələ"nin məşqçisi: "O, ürəkaçan oyun sərgiləmir"

18:35 19 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Qəbələ" - "Zirə" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 


Sportarena.az futbol11.aza istinadən xəbər verir ki, qarşılaşmadan sona "qırmızı-qaralar"ın məşqçisi Sənan Qurbanov oyunla bağlı fikirlərini bildirib.

 
"Zirə"nin oyundan oyuna artırdığını bilirdik. Vacib olan 3 xalı qazandıq. Ötən oyunlarda xal itirmişdik. Oyundan öncə də uşaqlarıı məlumatlandırmışdıq ki, qol imkanlardan istifadə edək. Əks halda bu, bizə baha başa gələcəkdi".
 

- Müdafiədə boşluqlar var idi. Şans üzünüzə güldü. Qələbə səhvləri unutdurdu?
- Sizinlə razıyam. Komandanın üzərində təzyiq var idi. Rəqib bizi əks-hücumlarda yaxalaya bilirdi. Səhvləri aradan qaldırmağa çalışacağıq.

 
- Roman Qriqorçukun texniki zonada yoxluğu hiss olunurdu?
- Qriqorçuk öz göstərişlərini vermişdi. Baş məşqçinin postunda olmaması bizim üçün yaxşı hal deyil. Buna baxmayaraq, Qriqorçukun yoxluğu hiss olunurdu.
 

- Oyunun gedişində Qriqorçukla telefon danışığınız oldu?
- Onun fəlsəfəsinə bələdəm. Buna görə də telefonla danışağa ehtiyac yox idi.  

 
- Franyiçlə Tellur Mütəllimov ötən gün əvəzedici komandada çıxış edib. Onların çıxışından narazısız?

- Qərara gəldik ki, əvəzedicidə oynadaq. Tellur isə oyun praktikasından əziyyət çəkməsin deyə, belə bir addım atmışıq. Hələ ki, Franyiç ürəkaçan oyun sərgiləmir.

 
- Bəzi epizodlarda futbolçularıız aqressiv davranırdı. Rəşad Sadiqov ikinci sarı vərəqədən sonra meydandan qovula da bilərdi.
- Rəşad təcrübəli futbolçudu. Sarı vərəsi olduğu üçün ehtiyatlı olmalı idi. Bununla bağlı futbolçularımızla söhbətimiz olacaq.  Yaxşı ki, zədəlilərimiz artıq sıraya qoşulub. Çalışacağıq ki, növbəti oyunlara optimal heyətlə çıxaq.


Digər xəbərlər

Xəbər xətti