Qurban Qurbanov: "O, hələ fərdi məşqlərlə kifayətlənir"

20:14 19 Noyabr 2016

“Çempionatın ən ağır oyunlarından biri idi. Qalib gəldiyimiz üçün çox sevinirik. Komandanın futbolçuları 12 gün idi ki, bir yerdə deyildilər. Amma buna baxmayaraq, qalib gələ bildik. “Kəpəz”ə qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XII turunda “Kəpəz”ə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında deyib. 


Təcrübəli mütəxəssis zədə səbəbi ilə matçda iştirak etməyən Bədavi Hüseynovun durumu barədə bunları dedi:
“Bədavinin zədəsi tam sağalmayıb. O, dünəndən məşqlərə başlayıb. Lakin o, hələ fərdi məşqlərlə kifayətlənir. Hazır olacaqsa, növbəti matçlarda meydana çıxacaq. Mənim üçün əsas məsələ futbolçunun sağlığının yerində olmasıdır”.


Digər xəbərlər

Xəbər xətti