Şahin Diniyev: "Qarabağ"a qarşı oynamaq sınaq imtahanı kimi bir şeydi"

20:25 19 Noyabr 2016

“İlk hissədə çox zəif təsir baöışladıq, yalnız bir hücumumuz oldu.  3 əsas futbolçumuzun olmaması oyuna öz təsirini çox göstərirdi. İkinci hissədə risk edib, “Qarabağ” kimi komandaya qarşı hücum futbolu oynamağa çalışdıq və nəticədə bir neçə təhlükəli hücumumuz oldu. Hesab edirəm ki, azarkeşlər ikincihissədə darıxmadılar. Komandama ikinci hissədə sərgilədiyi oyuna görə təşəkkürümü bildirirəm. Belə heyətlə var gücümüzlə mübarizə aparırıq”.

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”a 1:0 hesabı ilə məğlub olan “Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi qələbə münasibəti ilə “Qarabağ” klubunu təbrik edib:

“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. “Qarabağ” kimi  komandaya qarşı oynamaq sınaq imtahanı kimi bir şeydi. Düşünürəm ki, biz bu imtahandan 2 qiymətini almadıq. “Qarabağ”ın uğurlarına bir azərbaycanlı kimi mən də sevinirəm”. 


Xəbər xətti