Nazarov oynadı, komandası məğlub oldu

10:24 20 Noyabr 2016

Almaniya ikinci Bundesliqasında 13-cü  turun oyunları keçirilir.


Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu  səfərdə "Hannover"in qonağı olub.


Matç "Aue"nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Nazarov 76-cı dəqiqədə meydana çıxıb.


Qeyd edək ki, ardıcıl dördüncü məğlubiyyətini alan "Aue" 10 xalla 17-ci yerdə qərarlaşıb. 


Xəbər xətti