Dino Ndlovu: "Futbolçunun zədədən qorxa-qorxa oynaması da doğru deyil"

14:10 20 Noyabr 2016

“Qarabağ”ın hücumçusu Dino Ndlovu Azərbaycan Premyer Liqanın 12-ci turunun “Kəpəz”ə qarşı oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 
- Öz meydanımızda oynadığımız ən çətin oyunlardan biri idi. Lakin əsas olan qələbəni qazandıq. Artıq  qarşıdan gələn “Slovan”la oyuna hazırlaşmalıyıq.
 
-  Oyun zamanı daha çox zədədən qorunmağa çalışırdınız...
-  Zədə futbolun bir parçasıdır. Amma futbolçunun zədədən qorxa-qorxa oynaması da doğru deyil. Qarşıda bizi çox vacib oyunlar gözləyir. Bu səbəbdən ehtiyatlı davranmaq lazımdır.
 
- Avroliqanın təzyiqini öz üzərinizdə hiss edirdiniz?
- Deməzdim ki, Avropa Liqası ilə Azərbaycan çempionatı arasında keyfiyyət fərqi var. Mən hər iki yarışa da eyni diqqətlə yanaşıb, eyni qiyməti verirəm.
 
- Nədənsə çox kəsərli hücumlar edə bilmədiniz, əksinə, öz qapınızda bir neçə qol epizoduna imkan verdiniz.
- Çalışırdıq ki, daha çox qol vuraq, sadəcə, alınmadı.
 
- Bu gün vurduğun qol növbəti oyunlarda sənə əlavə motivasiya olacaq?
- Baş məşqçimiz bizi oyunlara yüksək ruhla çıxarır. Vurduğum qol mənim üçün əlavə bir stimuldur. Vacib olan isə komandamızın qalibiyyətidir.
 
- Cənubi Afrika milli komandasının baş məşqçisinə səni milliyə çağırmadığı üçün narazılığını bildirmişdin...
- Bu məsələ ölkəmdə baş verib. Burada yenidən danışmağa ehtiyac yoxdur.
 
- “Qəbələ” də bu gün qələbə qazandı. Çempionluq yarışını necə dəyərləndirisən?
- “Qəbələ”nin qalib gəlməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Bu gün matça çıxdıqlarından da xəbərim yoxdur.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti