Kamran Ağayevin "Boavişta"da növbəti sınağı

18:05 20 Noyabr 2016

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün növbəti oyununa çıxacaq.

 
Portuqaliya kubokunun 1/16 finalında onların rəqibi “Vitoriya Qimarayeş” komandası olacaq.
 

Oyun Bakı vaxtı ilə saat 23:15-də başlanacaq.
 

Bundan əvvəlki matçlarda start heyətində yer alan və etibarlı oyunu ilə seçilən Ağayevin yenə ilk 11-likdə olacağı gözlənilir. Emin Mahmudovun matçın iştirakçıları sırasında olub-olmayacağı barədə isə hələ məlumat yoxdur.


Digər xəbərlər

Xəbər xətti