"Mançester Siti"dən Messiyə 116 milyon avro

18:30 20 Noyabr 2016

Lionel Messinin "Barselona" ilə müqavilə yeniləməməsi Premyer Liqanın transfer çempionu "Mançester Siti"ni hərəkətə keçirib.

 

Sportarena.az  xəbər verir ki, Pep Qvardiolanın başçılıq etdiyi klubu kataloniyalılara təklif göndərməyə hazırlaşır.


İddiaya görə, "Mançester Siti" 2018-ci ildə müqaviləsi başa çatacaq və azad agent olacaq argentinalı üçün "Barselona"ya 116 milyon avro təklif edəcək. Bu rəqəm transfer rekordu hesab olunur. Hazırda rekord Paul Poqbaya məxsusdu. O, bu yay "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya transfer olunub.


Messinin özünə gəlincə, "Mançester Siti" ona həftədə 580 min avro maaş təklif etmək niyyətindədi. Beləliklə, İngiltərə klubu argentinalı üçün 230 milyon avrodan artıq pul xərcləmək niyyətindədi. 


Digər xəbərlər

Xəbər xətti