Tərlan Əhmədov: "Onunla yollarımızı ayırmış kimiyik"

18:55 20 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən "İnter" - AZAL matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşdı.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Tərlan Əhmədov məğlubiyyəti şərh edib.
 .
Rəqibi təbrik edirəm. Bizdən çox güclü oynadılar. Bu şeylərin niyə baş verdiyini anlaya bilmirəm. Komandam oyuna köklənə bilməmişdi. Fasilədən səmərəli istifadə edə bilməmişdik. Futbolçularımdan bu oyunu gözləmirdim. Daha istəkli oyun gözləyirdim. Bu da bir təcrübədi. Dəyişiklər qaçılmazdı. "Sumqayıt"la oyundan sonra komandaya gələnlər və gedənlər bəlli olacaq. Ötən il 3-4 futbolçu gedib. Amma Aqil Məmmədovu çıxmaq şərti ilə onların yerinə gələnlər etmadı doğrultmur. Danışacaq çox şey yoxdu. 
 
- Rəşad Abdullayev bu gün çox deyinirdi. Onun da komandadan göndəriləcəyini düşünmək olar? 
- Sizə ad açıqlamayacam. Bu gündən işimizə başlayacağıq. Firkət müəllim də əminliklə dedi ki, artıq bu işlərə start verə bilərik. Rəşad təcrübəli futbolçudu. Buna görə də onu  heyətə cəlb etmişdik. 
 
- Brayn Fok bu gün Azərbaycan birinci divizionda çıxış edən yerli gənc oyunçulardan da zəif çıxış etdi. Bu gün penaltiyə səbəb oldu, ardınca qırmızı vərəqə aldı. Demək olarmı ki, onun dəftəri qapanıb? 
- Çalışırdım ki, "Qəbələ" ilə oyundakı heyəti dəyişməyib. İlqar Ələkbərov cəzalı olmasaydı, Brayn Foku oynatmayacaqdım. Demək oları ki, onunla yollarımızı ayırmış kimiyik. Keçən il "Rəvan"a da uduzduq, "Xəzər Lənkəran"a da. "İnter"dən xal alıb, bütün liderləri udmuşduq. "Neftçi"nin səfərdə də, evdə də məğlub etmişdik. Çalışırıq ki, 3-4 dövrədə yaxşı heyət formalaşdırıb, liderləri büdərədə bilək.
 
- Qarşıdan qış fasiləsi gəlir. Təlim-məşq toplanışı üçün ölkə xaricinə getməyəcəksiz... 
- Yayda getməmişiksə, qışda da getməyəcəyik. Çünki maddi durumumuz bəllidi. Bakı yox, Şüvəlanda qalacağıq. Bakı mərkəzdi (gülür).(Sportal.az)


Xəbər xətti