Dünən Madrid derbisində - “Atletiko” ilə matçda het-trik edən “Real”ın hücumçusu Kriştiano Ronaldo bununla daha bir tarixi göstəriciyə imza atıb.
portuqaliyalı futbolçu adları çəkilən komandalar arasında keçirilən derbilərin tarixində ən çox qol vuran futbolçular sırasında birinci yerə çıxıb. Artıq bu siyahıda ehtiyatında 18 qol olan Ronaldo “Real”ın əfsanəsi Alfredo di Stefanonu (17 qol) keçərək liderliyə yüksəlib.
Sonrakı yerlərdə də “Real”ın oyunçuları qərarlaşıb. Santilyana (15) üçüncü, Ferens Puşkaş (13) dördüncü, Butraqenyo (12) isə beşinci yeri tutur.