"Arsenal"la oyundan sonra Mourinyoya sürpriz zəng

23:50 20 Noyabr 2016

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyoya zəng vurub.

Bu haqda portuqaliyalı mütəxəssis rəsmi İntagram səhifəsindəki paylaşımında bildirib. Maradona dünən keçirilən Premyer Liqanın “Mançester Yunayted” – “Arsenal” oyunundan (1:1) sonra Mourinyoya zəng edərək ona təsəlli verib.

“Yaxşı oyun, pis nəticə. Kral Dieqo mənə zəng etdi. Təşəkkürlər, dostum. Sənin, ailəmin, dostlarımın, oyunçularımın və möhtəşəm azarkeşlərimizin dəstəyi ilə bazar ertəsi tam hazır vəziyyətə gələcəyik” – deyə o paylaşımında yazıb.

Qeyd edək ki, turnir cədvəlinin lideri “Liverpul”dan 8 xal geri olan “Mançester Yunayted” hazırda 19 xalla 6-cı pilləni tutur.
 


Xəbər xətti