Məşhur futbolçunun ürəyi dayandı və öldü

00:09 21 Noyabr 2016

Kosta-Rika yığmasının sabiq futbolçusu Qabriel Badilya 32 yaşında ürək dayanmasından ölüb.

Sportarena.az APA-ya istinadən xəbər verir ki, hadisə idmançının iştirak etdiyi yüngül atletika yarışlarında baş verib.

10 km məsafəyə qaçışda iştirak edən Q.Badilyanın halı finişə 200 m qalmış qəflətən pisləşib. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyib. 2001-ci ildən Kosta-Rika yığma komandasında oynayan, bu il karyerasını başa vuran Q.Badilyanın ölümünə səbəb  qəfil ürəyinin fəaliyyətinin dayanması olub. Qabriel Badilyanın son klubu Kosta-Rikanın "Saprissa" klubu  olub.


Digər xəbərlər

Xəbər xətti