"Qəbələ" - "Anderlext" oyununun biletləri satışda

13:33 21 Noyabr 2016

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Anderlext" (Belçika) oyununun biletləri satışa çıxarılır.
 

Sportarena.az xəbər verir ki, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və 8-ci km. stadionunun kassalarından almaq olar.
 

Qiymətlər sektorlardan asılı olaraq, 2 və 5 manat, VİP sektorlar üçün isə 10 manatdı.
 

Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da start götürəcək.


Xəbər xətti