"Qarabağ"ın oyununu idarə edəcək hakim müəyyənləşdi

13:55 21 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun matçları çərçivəsində baş tutacaq "Slovan" (Liberets, Çexiya) - "Qarabağ" matçını idarə edəcək hakimlər müəyyənləşib.
 

Sportarena.az xəbər verir ki, görüşü isveçli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Stefan Yohanesson olacaq.

 
Qeyd edək ki, "Slovan" - "Qarabağ" oyunu noyabrın 24-ü keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti