"Qarabağ"ın 10 oyunluq seriyası

15:30 21 Noyabr 2016

“Qarabağ” Azərbaycan Premyer Liqanın cari mövsümündə keçirdiyi 5-ci ev oyununda da quru hesablı qələbə qazanıb. 


Sportarena.az xəbər verir ki XII turda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edən Ağdam klubu öz meydanındakı üç seriyasını davam etdirib.


10 oyundur öz meydanında qol buraxmayan Qurban Qurbanovun komandası martın 30-da keçirilən “Rəvan”la matçdan (5:1) sonra qonaqlara qol sevinci yaşatmır. Bu, klubun tarixində ən uğurlu seriyadır.


Ardıcıl 14-cü ev qələbəsini qazanan “Qarabağ”ın öz meydanındakı son xal itkisi 2015-ci il dekabrın 19-na təsadüf edib. Həmin gün əyalət klubu “Qəbələ” ilə heç-heçə edib – 1:1.


2015-ci fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzan ağdamlılar 28 oyundur evdə məğlubiyyət acısı yaşamır.


Xəbər xətti