Kosta-Rika millisinin sabiq oyunçusu 32 yaşında öldü

21:30 21 Noyabr 2016

Kosta-Rika milli komandasının sabiq futbolçusu Qabriel Badilya ürəktutmasından qəflətən dünyasını dəyişib.


Sportarena.az xəbr verir ki, hadisə yüngül atletika yarışında baş verib. 32 yaşlı sabiq futbolçu 10 km. metr məsafəyə qaçış yarışında iştirak edib. Finişə 200 metr qalmış onun halı pisləşib və huşunu itirib. Həkimlərin dərhal səy göstərməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, Q.Badilya 2011-ci ilədək millidə oynayıb. Onun heyətində 25 matçda meydana çıxan futbolçu 1 qol vurub. Bu il Badilya futbolçu karyerasını başa vurub.


Digər xəbərlər

Xəbər xətti