Ruslan Abışov: "Toyum mediaya qapalı olacaq"

00:50 22 Noyabr 2016

Futbolçu Ruslan Abışovun təxirə düşən toyunun yeni tarixi bəlli olub. 

Sportarena.az xəbər verir ki, axşam.az-a açıqlama verən futbolçu məclisin dekabrın 5-də baş tutacağını deyib:

"Hazırlıq işləri davam edir. Toyumun aparıcılığını Kamran Quliyevə həvalə etmişəm. Məclisin mediada işıqlandırılmasını istəmirəm. Buna görə də toy qapalı olacaq. Amma bəzi jurnalist dostlarımı qonaq kimi dəvət edəcəm".

Qeyd edək ki, Ruslan Abışovun toyu avqustun 23-də baş tutmalı idi. Lakin ailəsində itki baş verdiyi üçün mərasim təxirə salınmışdı.


Digər xəbərlər

Xəbər xətti