AFFA "Qarabağ" və AZAL-ı cəzalandırdı

14:34 22 Noyabr 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilmiş oyunlarda başvermiş qayda pozuntularına görə müvafiq cərimələr tətbiq olunub.


Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Kəpəz” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Azərbaycan Premyer Liqasının XII turunun “İnter” – AZAL matçının 68-ci dəqiqəsində AZAL klubunun 15 №-li futbolçusu Brayn Fok ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.


Xəbər xətti