Ramin Musayev: "Klublara və rəhbərlərinə sanskiyalar tətbiq olunacaq"

15:36 22 Noyabr 2016

Xəbər verdiyimiz kimi, AFFA Azərbaycan birinci divizionunda danışılmış oyunlarda iştirak edən klubları və futbolçuların, hakimlərin, klub işçilərinin adlarını açıqlayıb. 


Sportarena.az xəbər verir ki, bununla bağlı çempionatı təşkil edən qurum – Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qafqazinfo”ya açıqlama verib.


O bildirib ki, bu yöndə araşdırmalar keçən ildən aparılırdı: “Siz elə bilirsiz ki, mətbuat bu barədə yazanda biz əl-qolumuzu yanımıza salmışdıq? Elə deyildi. Özümüz də ötən ildən komandalar və futbolçular haqqında araşdırma aparırdıq. UEFA birdən-birə hardan çıxardı bu oyunları, oyunçuları? Təbii ki, bizim də əməyimiz olub. PFL və AFFA bu işdə xüsusi rol oynayıb. Hətta biz bununla bağlı hüquq-mühafizə orqanlarına da məlumat vermişik. Onlardan kömək etmələrini istəmişik.


Hətta şübhəlilərin nömrələrini də hüquq-mühafizə orqanlarına göndərmişik. Kim istəyər ki, işlədiyi qurumda belə çirkinliklər olsun? Heç kim. Mən də düşünürəm ki, təmiz işimizi görək. Hələ ki, araşdırmalara davam edir və tam dəqiq olandan sonra ətraflı danışacağıq”.


Musayev araşdırmalar başa çatandan sonra oyun alqı-satqısında iştirak edən klublara, klub rəhbərlərinə sanskiyaların tətbiq olunacağını bildirib: “Araşdırmalar yekunlaşandan sonra günahları sübuta yetirilən klublara və klub rəhbərlərinə sanksiyalar tətbiq olunacaq”.


Digər xəbərlər

Xəbər xətti