İbrahimoviçə heykəl qoyulur

17:32 22 Noyabr 2016

Stokholm şəhərində futbolçu Zlatan İbrahimoviçə heykəl qoyulacaq.


Bu barədə İsveç Futbol Federasiyasının saytı xəbər yayıb. “Frends-Arena” stadionunun yaxınlığında ucaldılacaq heykəlin uzunluğunun 2,7 metr olacağı bildirilib.


Xatırladaq ki, İbrahimoviç 11 dəfə ölkəsinin ən yaxşı oyunçusu seçilib. Həmçinin o, İsveç milli komandasının tarixində ən yaxş bombardirdir (116 oyuna, 62 qol).(qol.az)


Digər xəbərlər

Xəbər xətti