"Nasional" - "Araz" futzal oyununun hakimləri müəyyənləşdi

18:11 22 Noyabr 2016

Futzal üzrə UEFA kubokunun elit-raundunun ilk turunun təyinatları açıqlanıb.


Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Araz”ın ilk qarşılaşmasını Portuqaliya və Rumıniyadan olan hakimlər idarə edəcəklər.


Noyabrın 23-də Xorvatiyanın “Nasional” klubu ilə Zaqrebdəki ilk görüşün 1-ci hakimi portuqaliyalı Eduardo Fernandes Koelyo olacaq. Onunla eyni briqadada rumıniyalı Qabriel German yer alacaq.


Qeyd edək ki, “Nasional”–“Araz” matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti