"Beşiktaş" azarkeşlərindən əla jest!

01:11 23 Noyabr 2016

Daima stadionda komandalarını dayanmadan dəstəkləyən və bu möhtəşəm səs-küylə nəinki Türkiyədə, hətta Avropada da səs çıxaran “Beşiktaş” azarkeşləri Çempionlar Liqası çərçivəsində sabah “Benfika”ya qarşı keçiriləcək oyunda başqa bir yenilik edəcək. Bu dəfə “qara qartal” azarkeşləri ilk dəqiqələri.. səssiz keçirəcəklər. Səbəb? Onlar əl işarələri ilə və jestlərlə oyunun əvvəlində komandalarını dəstəkləyəcəklər və bəzi mesajlar göndərəcəklər.

Bu ideya ilə İstanbul klubu eşitmə qabiliyyət zəyif olan və eşitmə qabiliyyəti ümumiyyətlə olmayan insanların problemlərinə ön plana çəkəcək və bu problemləri göstərəcəklər. Bununla da onlar Çempionlar Liqası çərçivəsində bu xoşniyyətli mesajı hamının nəzərinə çatdıracaq. Bu ideya ilk dəfə praktikada olacaq, azarkeşlərin lozunqlarında irqçiliyə qarşı mesajlar da yer alacaq: “Biz irqçiliyə qarşıyıq!” (offside.com)


Digər xəbərlər

Xəbər xətti