"Araz" bu gün ilk oyununa çıxır

11:52 23 Noyabr 2016

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək. 


Sportarena.az xəbər verir ki, təmsilçimiz Bakı vaxtı ilə saat 23:30-da Xorvatiyanın Zaqreb şəhərindəki Dom Sportova idman kompleksində yerli “Nacional” komandası ilə qarşılaşacaq. 


Oyunu Eduardo Fernandes Coelho (Portuqaliya), Qabriel Gherman (Rumıniya) və Pascal Lemaldan (Belçika) ibarət hakimlər briqadası idarə edəcək.


Xəbər xətti