"Sumqayıt" AZAL-la oyuna iki itki ilə hazırlaşır

17:40 23 Noyabr 2016

Premyer Liqanın son turunda "Neftçi" üzərində qələbə qazanan "Sumqayıt" 2 günlük istirahəti başa vurub.
 

Sportarena.az xəbər verir ki, sözügedən komana bu gün "Kapital Bank Arena"da AZAL-la qarşılaşmanın hazırlığına start verib.
 

Son oyunda zədə almış Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışıb.
 

"Sumqayıt"ın növbəti məşqi noyabrın 24-də saat 11-də olacaq.
 

Qeyd edək edək ki, Premyer Liqanın 13-cü turunda "AZAL Arena"da baş tutacaq AZAL - "Sumqayıt" oyunu noyabrın 27-də keçiriləcək və saat 16:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti