Budaq Nəsirovun "Sportinq"də növbəti şansı

18:11 23 Noyabr 2016

Bu gün Portuqaliya Sequndasında növbəti turun oyunları keçiriləcək.
 

Milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq”in B komandası da növbəti oyununa çıxacaq. 
 

Lissabon təmsilçisi səfərdə "Uniao de Madeyra”nın qonağı olacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçda Nəsirovun da forma geyinəcəyi gözlənilir.
 

Qeyd edək ki, "Sportinq” Sequndada geridə qalan 14 tur ərzində 21 xal toplayıb və turnir cədvəlində 19 komanda arasında 8-ci pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti