Dünya çempionatının 1/4 finalında iki boksçumuz mübarizə aparacaq

18:37 23 Noyabr 2016

Sankt-Peterburqda gənclər arasında boks üzrə ХХ dünya çempionatının dörddəbir final mərhələsində Azərbaycanın iki idmançısı rinqə çıxacaq.


Sportaren.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev yarımfinala vəsiqə uğrunda Ukraynanı təmsil edən ermənistanlı boksçu Zoravor Petrosyan ilə qarşılaşacaq. Ən ağır çəkili idmançımız (+91 kq) Məhəmməd Abdullayev isə avstraliyalı Castis Hani ilə döyüşəcək.


Mundiala 70-dən çox ölkədən 17-19 yaşlı 400-dək boksçu qatılıb.


Dünya çempionatı noyabrın 26-dək davam edəcək.(azərtac)


Xəbər xətti