Roman Qriqorçuk: "Əgər elə oyunçu olsa, gözümdən düşər" - MÜSAHİBƏ

18:58 23 Noyabr 2016

“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin V turunda “Anderlext”i qəbul edəcək.
 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar”ın çalışdırıcısı Roman Qriqorçuk oyundan öncə mətbuat konfransında jurnalistlərin sualları cavablandırıb.

 
- Turnir cədvəli üçün önəmli deyil, amma Avropa Liqası vacib turnirdir. Çalışacağıq ki, yaxşı nəticə əldə edək.
 

- Rəqib 2 səfər oyununda qalib gəlməyib. “Sent-Etyen”lə oyundan sonra demişdiz ki, rəqibiniz güclü çempinatda çıxış etsə də, onlarla başabaş oynadız. Sabah üçün də bu fikir keçərli ola bilərmi? 
- Biz başa düşürük ki, bütün rəqiblərimiz bizdən güclüdü. Başa düşürük ki, şansımız qalmayıb. “Qəbələ” ən yaxşı oyununu göstərə bilsə, qələbə şansı yarana bilər. Səhv buraxmamalıyıq. “Sent-Etyen”lə görüşdə buraxdığımz səhv qələbə arzumuzun üstündən xətt çəkdi. Uğur da bizim tərəfimizdə olmalıdı. Bunlar hamısı üst-üstə düşdüyü halda, qalib gəlmək şansımız var.
 

- Sabah hansısa futbolçunuz oyunu buraxacaqmı? 
- Dabo və Kvekveskiri sıraya dönüb. Zenyov sabah meydana çıxmayacaq. Ancaq digər futbolçularımız hazırdılar. Ümid edirəm ki, həm Dabo, həm də Nika hazırda yaxşı formadadılar. Sabah heyətdə əvvəlki oyunlarda az şans əldə edən futbolçular yer alacaq. İstəyirik ki, onlar da güclərini, nə qədər hazır olduqlarını göstərsinlər.
 

- Bu dəfə “Qarabağ”la oyun üçün şans qazanmayan oyunçulara şans verəcəksiz. Daha əvvələr isə belə etmirdiz...
- Dediyim kimi sabah heyətdə az forma şansı qazanan futbolçular oynayacaq.

 
- Bu oyuna necə motivasiya olacaqsız?
- Ağlıma gətirə bilmərəm ki, hansısa futbolçu Avropa Liqasının qrup mərhələsinə motivasiyasız çıxsın. Bu, onun özü üçün də yaxşıdır. Yaxşı oynasa, böyük klubların diqqətlərini çəkə bilər. Əgər elə oyunçu olsa, mənim gözümdən düşər. Motivasiyamız çox yüksəkdir.

 
- Komandanı Sənan Qurbanov baş məşqçi kimi meydana çıxaranda “Qəbələ” uduzmur. Sabah bu yenə belə ola bilər?

- Ümid edirəm ki, bu uğurlu seriyamız davam edəcək.
 

- “Qəbələ”nin qrupda qalması dəqiqdir. Rəqibin isə qrupdan çıxmaq şansları var. “Anderlext”in təzyiq altında olması sizin üçün üstünlükdür?
- Bəli, psixoloji üstünlüyə biz sahibik. Amma yaxşı oyun nümayiş etdirməliyik. Fikrimcə, ustalıq səviyyəsi daha önəmlidir.
 

- Rəqib 2 səfər oyununda qalib gəlməyib...
- Statistikanı müzakirə edək, danışaq, amma bunun təsiri olmayacaq. Sabah bütün suallara meydanda aydınlıq gələcək.
 

- Seçim şansınız olsaydı, hansını seçərdiz: “Anderlext” üzərindəki qələbəni, yoxsa “Qarabağ”la oyundakı qalibiyyəti?
- Əlbəttə ki, “Qarabağ”la oyundakı qələbəni. İndiki məqamda bunu etmək daha çətindi.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti