"Qarabağ"ın rəqibi: "Qarabağ"a sürpriz hazırlasaq..."

00:10 24 Noyabr 2016

“Rəqibin zəif və güclü cəhətlərini araşdırmışıq”.

Bunu “Slovan”ın kapitanı Lukaş Pokornı deyib. Çexiya təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında fikrini bildirən Pokornı hədəflərinin qələbə qazanmaq olduğunu bildirib:

“Sabahkı matça tam hazırıq. Nəticəni də birlikdə görəcəyik. “Qarabağ”a sürpriz hazırlasaq belə, onu burda açıqlamağım doğru olmaz”.
Son vaxtlar zədədən əziyyət çəkən Pokornı hazırkı durumu ilə bağlı da məlumat verib: “Bu, mənim üçün Avroliqada ilk görüşüm olacaq. Hiss edirəm ki, bu, mənim üçün böyük şansdı. Qələbə qazanmağımız üçün əlimdən gələni edəcəm”.


Digər xəbərlər

Xəbər xətti