"Araz" ilk oyunda uduzdu

10:28 24 Noyabr 2016

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirib.
 

Sportarena.az xəbər verir ki, təmsilçimiz Xorvatiyanın Zaqreb şəhərindəki Dom Sportova idman kompleksində yerli “Nasional” komandası ilə qarşılaşıb.
 

Oyun təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Araz"ın heyətində yeganə qolu matçın son dəqiqəsində Fineo vurub. 

 
Qrupdakı digər oyunda Rusiyanın "Uqra" klubu Almaniya "Hamburq"unu üstələyib - 4:0. 

 
Qeyd edək ki, "Araz" qrupdakı ikinci oyununda noyabrın 24-də "Uqra" ilə qarşılaşacaq.


Xəbər xətti