AZAL Tounkara üçün yol pulu tapmadı

14:42 24 Noyabr 2016

Cari mövsümdə Premyer Liqada qələbə üzünə həsrət qalan AZAL heyətini Sadio Tounkara ilə gücləndirməyə çalışsa da, "təyyarəçilər"in bu arzusu baş tutmayıb.

 
Sportarena.az xəbər verir ki, "Xəzər Lənkəran"ın sabiq futbolçusu ikinci dəfə Azərbaycana gəlməyəcək.

 
Bunun isə maraqlı səbəbi var. Məlumata görə, bakılıların malili yarımmüdafiəçinin təyyarə biletini almağa imkanı yoxdu. Malinin paytaxtı Bomakodan Tounkaranı Bakıya gətirmək üçün 2000 avrosu olmayan AZAL bu keçidi reallaşdıra bilməyib.

 
Maraq üçün bildirək ki, hər nə qədər qəribə olsa da, AZAL-ın sponsoru Azərbaycan Hava Yolları QSC-dir. (Futbol11.az)


Digər xəbərlər

Xəbər xətti