Messidən ilk

16:30 24 Noyabr 2016

"Barselona"nın  futbolçusu Lionel Messi beynəlxalq klub miqyaslı turnirlərdə 100-cü qolunu vurub.


Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Seltik"lə oyunda dubla imza atan argentinalı hücumçu 100-ə çatan ilk futbolçu olub.


O, bu qolların 92-ni ÇL-də, 5-ni klublararası dünya çempionatında, 3-cü UEFA superkubokunda vurub.


Qeyd edək ki, siyahının 2-ci pilləsində 99 qolla Kriştiano Ronaldo  qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti