Əliyar Ağayevin idarə etdiyi matçda 1 penalti, 6 sarı və 1 qırmızı vərəqə - VİDEO

11:09 25 Noyabr 2016

FİFA referimiz Əliyar Ağayev Avrokuboklarda növbəti matçını idarə edib.
 

Sportarena.az xəbər verir ki, 29 yaşlı referimiz Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutan "Şalke” – "Nitsa” oyununda ədaləti qoruyub. "Veltins Arena”da baş tutan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 
 

Əliyar Ağayevin bu oyunda işi çox olub. O,  qarşılaşmanın 80-ci dəqiqəsində, hesab 1:0 olarkən qonaqların qapısına penalti təyin edib ki, almanlar bu şansdan məharətlə yararlanıblar. Referimiz 6 sarı vərəqəyə əl atıb ki, onlardan üçü meydan sahiblərinə, dördü qonaqlara göstərilib. Meydan sahiblərinin bir üzvü isə 90+3-cü dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub.


Digər xəbərlər

Xəbər xətti