Rəşad Sadıqov: "Futbol ictimaiyyətində arxayınlaşma var idi"

11:30 25 Noyabr 2016

"Qarabağ" Avropa Liqasının V turunda səfərdə "Slovan"a 0:3 hesabı ilə uduzub.
 

Sportarena.az xəbər verir ki, zədə səbəbindən matçda oynamayan Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov qarşılaşmadan sonra müsahibə verib.

 

- Çox danışılası heç nə yoxdur. Qrupda ən zəif oyunumuzu keçirdik. Kənardan baxıb nəsə demək də çətindir.

 
- “Fiorentina” PAOK-a məğlub oldu. Demək olar ki, işiniz daha da mürəkkəbləşdi?
- Bəli, çətinləşib. 7 xal toplayanda hamı qrupdan çıxmaq haqda danışırdı. Hamı 1/16 final mərhələsini fikirləşirdi. Biz isə deyirdik ki, tələsmək lazım deyil. Bu, futboldur. Komanda şəklində təcrübəmizi artırmalıyıq. Futbol ictimaiyyəti də təcrübələşməlidir. Bir işi bitirməmiş, bu haqda danışmaq lazım deyil. Rəqibimiz qələbə qazanması vəziyyətimizi çətinləşdirdi. Son şans qalıb.
 

- Komandada arxayınlaşma var idi?
- Komandada yox idi. Futbol ictimaiyyətində var idi. Komandada isə rahatçılıqmı deyim, özünəinammı deyim bilmirəm, lakin bütün futbol ictimaiyyətində arxayınlaşma var idi. Hamı qələbədən və qrupdan çıxmaqdan danışırdı. Sonda da acınacaqlı məğlub olduq və PAOK da qalib gəldi.
 

- Rəqib futbolçu Eqon Vux bildirdi ki, Kintana və Almeydanı bağlasaydıq, qələbə bizim olacaqdı…
- Özümüzə oxşmadıq. İlk hissədə 2 qol epizodunu dəyərləndirsəydik, bəlkə də fərqli olacaqdı. Ümumilikdə, komanda şəklində zəif təsir bağışladıq. 2-ci hissədə geri dönüş edəcəyimizə inanırdıq. Lakin penaltidən sonra hər şey həll oldu. Komanda zəif çıxış etdi.
 

- Tribunada nə hisslər keçiridiniz?
- Demək çox çətindir… İstərdim ki, komandama kömək edim. Karyeramızın ən vacib oyunlarından birinə kənardan baxmaq yaxşı deyil. Digər tərəfdən PAOK da qalib gəldi.(futbol11.az)


Digər xəbərlər

Xəbər xətti