Karate üzrə Azərbaycan çempionatı keçiriləcək

Sportarena.az      25 Noyabr 2018, 21:03

Noyabrın 26-27-də yeniyetmə və gənclər arasında 17-ci, böyüklərin isə 24-cü karate üzrə Azərbaycan çempionatı keçiriləcək.


Sportarena.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq yarış Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası Assosiasiyası (AKFA) və Milli Karate Federasiyasının (MKF) təşkilatçılığı ilə keçiriləcək. Təntənəli açılış mərasimi noyabrın 26-sı saat 17:00-da olacaq.


Fərdi kumite və kata yarışlarında 14-15, 16-17 və 21 yaş qrupu üzrə idmançılar çıxış edəcəklər. Çempionatda müxtəlif çəki kateqoriyasından olan yeniyetmə, gənc oğlan və qızlar, eləcə də böyüklər qüvvələrini sınayacaqlar.


Yeni qaydalara əsasən, kumite yarışlarında döyüş zamanı xallara məhdudiyyət qoyulmur, döyüş vaxtı bitdikdə daha çox xal toplamış idmançı qələbə qazanır. Döyüş zamanı 8 xal üstünlük əldə edildikdə döyüş dayandırılır və üstünlüyə malik idmançı təmiz qələbə qazanır.


Qalib və mükafatçılar AKFA və MKF-nin təsis etdiyi kubok, medal və diplomlarla təltif olunacaqlar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin