"Real"da zədəlilər sırasına daha bir oyunçu qatıldı

22:42 25 Noyabr 2016

Son vaxtlar zədə sindromuna tutulmuş “Real” Madrid klubunun bu dəfə başqa bir oyunçusu zədəlilər siyahısına düşüb. “Çempionlar Liqası”nda “Sportinq” Lissabona qarşı oyunda fərqlənməyi bacaran Rafael Varan 2 gündür komandanın məşqlərinə qoşulmur və yüngül zədəsinin olduğu bildirilir. El-Klassiko öncəsi baş məşqçi Zinəddin Zidan fransız müdafiəçi ilə risk etmək istəməyərək onu La Liqada “Sportinq” Xixonla keçiriləcək oyunun iştirak ərizəsinə salmayıb. Əvəzində isə Pepe və Kazemiro artıq komanda ilə birgə məşqlərə başlayıb.


Xəbər xətti