Kamranın komandası "Sportinq"ə qarşı

15:32 26 Noyabr 2016

Bu gün Portuqaliya çempionatında XI turun növbəti oyunları keçiriləcək.


Sportarena.az xəbər verir ki, milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi  "Boavişta”  "Sportinq”i qəbul edəcək.
 

Daimi heyət üzvünə çevrilən Kamran Ağayevin  bu oyunda da start heyətdə yer alacağı gözlənilir.


Portu təmsilçisində hələ də debüt etməyən  Emin Mahmudovun isə bu oyunda iştirakı gözlənilən deyil. Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
 

Qeyd edək ki, X turdan sonra "Boavişta” 13 xalla 8-ci, pillədə qərarlaşıb.


Xəbər xətti