Konfederasiyalar kuboku turnirinin mükafat fondu açıqlandı

16:53 26 Noyabr 2016

2017-ci ildə Rusiyada təşkil ediləcək futbol üzrə Konfederasiyalar kuboku turnirinin mükafat fondu açıqlanıb.


Sportarena.az xəbər verir ki, yarışın iştirakçıları ümumilikdə 20 milyon ABŞ dolları qazanacaqlar.


Turnirin qalibi 4,1, finalçısı 3,6 milyon dollar gəlir əldə edəcək. Bürünc mükafatçı 4, medal şansını sonda əldən verən komanda 2,5 milyon dollar mükafata sahib çıxacaq. Mübarizəni qrupda başa vuran digər 4 komandanın hərəsinə 1,7 milyon dollar ödəniləcək.


Qeyd edək ki, Moskva, Sankt-Peterburq, Kazan və Soçidə keçiriləcək Konfederasiyalar kuboku iyunun 17-də start götürəcək. İyulun 2-dək davam edəcək yarışda Rusiya, Almaniya, Portuqaliya, Çili, Avstraliya, Meksika, Yeni Zelandiya və Afrika çempionu iştirak edəcək. Kubokun püşkatma mərasimi sabah Kazan şəhərində keçiriləcək.


Xəbər xətti