"Leyptsiq" Almaniya futbolunun tarixinə düşdü

18:33 26 Noyabr 2016

Almaniya Bundesliqasında debüt edən "Leyptsiq"  Almaniya futbolunun tarixinə düşüb.

 
Sportarena.az xəbər verir ki, Bundesliqanın 12-ci turunda "Frayburq" üzərində 4:1 hesabı ilə qələbə qazanan komanda rekord müəyyənləşdirib. Belə ki, "Leyptsiq" Bundesliqada debüt ilində ardıcıl 12 oyun uduzmayan ilk Almaniya klubu olub.

 
Qeyd edək ki, 12 turdan sonra 9 qələbə qazanan və 3 oyunda heç-heçə edən "Leyptsiq"  30 xalla liderdir. 


Digər xəbərlər

Xəbər xətti