"Barselona"nın yeni hədəfi - "Zadəgan"

22:39 26 Noyabr 2016

“Barselona” müdafiə xəttini gücləndirmək üçün heyətə yeni futbolçu cəlb etməyə hazırlaşır.

Kataloniya klubu “Çelsi”nin futbolçusu Branislav İvanoviçlə yaxından maraqlanır.

Antonio Kontenin gəlişindən sonra heyətə düşməkdə çətinlik çəkən serbiyalı müdafiəçinin London klubundan ayrılacağı gözlənilir. Tərəflər arasında razılıq əldə olunsa, qışda transfer baş tuta bilər.

Qeyd edək ki, 32 yaşlı futbolçunun müqaviləsi 2017-ci ilə qədərddir.


Digər xəbərlər

Xəbər xətti