"Kəpəz" - "Neftçi" oyunundan öncə sosial layihə

12:09 27 Noyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində baş tutacaq “Kəpəz” - “Neftçi” oyunundan öncə sosial layihə həyata keçiriləcək.
 “Gender əsaslı Zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” hər il noyabrın 25-də (Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Beynəlxalq gün) başlayır və 10 dekabra qədər (Beynəlxalq İnsan Hüquqları günü) davam edir. Kampaniya qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması olduğunu vurğulayır. Daha çox “16 günlük kampaniya” kimi tanınan bu fəaliyyət fərdlər və təşkilatlar tərəfindən bütün dünyada qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağırış etmək üçün birgə strategiya kimi istifadə olunur.
Bu il kampaniya çərçivəsində daha böyük auditoriyaya qadın zorakılığına qarşı mesajın çatdırılmasında AFFA və PFL də dəstək verib.
Qeyd edək ki, sözügedən aksiya “Qarabağ” - “Qəbələ” oyunundan öncə də keçiriləcək.
 


Digər xəbərlər

Xəbər xətti