İbrahimov: "Dünyanı fəth edəcəyimi bilirdim"

15:10 27 Noyabr 2016

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç özünə Stokholmda heykəl ucaldılacağına münasibətini açıqlayıb.

Hazırda çıxış etdiyi “Mançester Yunayted”in saytına açıqlamasında o, bu təşəbbüsdən sevindiyini deyib: “Mən Malmönin kiçik bir kəndindənəm. İndi paytaxtda heykəlim ucaldılır. Uşaqlıqda özümü başqaları kimi hiss etmirdim. Nə zamansa dünyanı fəth edəcəyimi bilirdim”.

İbrahimoviç daha sonra deyib: “Normalda insan öldükdən sonra ona heykəl qoyulur. Bu səbəbdən mənimlə bağlı durum inanılmazdır. Qürur duyuram”.


Xəbər xətti