"Neftçi" azarkeşləri Gəncədə coşdu: "Özünə hörmət qoyan klubdan getsin"

16:41 27 Noyabr 2016

"Neftçi" Premyer Liqanın 13-cü turu çərçivəsində "Kəpəz"in qonağı olub.
Sportarena.az xəbər verir ki, "ağ - qaralar" Gəncədə "Kəpəz"ə 0:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyət "Neftçi" azarkeşlərinin səbrini daşırıb. Oyundan sonra futbolçuların avtobusuna yaxınlaşan azarkeşlər "özünə hörmət qoyan klubdan getsin" şüarlarını səsləndiriblər. Polislərin müdaxiləsi ilə azarkeşləri uzaqlaşdırmaq mümkün olub.

Qeyd edək ki, 13 turdan sonra "Neftçi" 9 xalla 7-ci pillədə qərarlaşıb.

İlkin İsmayılzadə, Gəncə


Digər xəbərlər

Xəbər xətti