Mahir Şükürov: "Neftçi" tarixində bu qədər qol buraxmayıb"

17:10 27 Noyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə məğlub olub.


Sportarena.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın futbolçusu Mahir Şükürov jurnalistlərin suallarını cavablandırıb.


- Oyun haqqında fikirlərini bildirərdin...
- Bu oyuna çox ciddi yanaşırdıq. Çünki bizə xal lazım idi. Amma ot örtüyünün vəziyyəti normal oynamağımıza imkan vermirdi. Belə oyunlardasona qədər mübarizə aparmaq lazımdır. Rəqib əlinə düşən imkanlardan maksimum yararlandı. Bizdə də təhlükəli epizodlar oldu, lakin istifadə edə bilmədik. Belə görüşlərdə həmişə epizodlardan maksimum yararlanan komandalar qalib gəlir, biz isə bunu bacarmadıq. 


- Meydanda vuruşmağın lazım olduğunu bildirdiniz. Amma sizdən başqa vuruşan yox idi...
- Bunu siz kənardan daha yaxşı görürsünüz. Mən həmişə çalışıram ki meydanda var gücümlə oynayıb, komandama xeyir verim. Kimin necə oynadığını isə baş məşqçi və jurnalistlər daha yaxşı görür.


- "Neftçi"nin indiki vəziyyətini necə dəyərləndirərdin?
- Bu hal çox acınacaqlıdır. "Neftçi" tarixində heç vaxt bu qədər qol buraxmamışdı. Təkcə mənimlə heç nə həll olan deyil...


- Bu vəziyyətin düzəlməsi üçün qışa qədər səbr etmək lazımdır?
- Bizim qış fasiləsinədək həm çempionatda, həm də kubokda bir oyunumuz qalıb. Növbəti oyunu AZAL-la doğma meydanda oynayacağıq. Çalışacağıq ki, bu görüşdə qələbə qazanıb, qış fasiləsinə normal yollanaq.


- Qışda güclənməyə çox ehtiyac var?
- Əlbəttə, güclənməsək mümkün deyil. Bunu hamı, hətta klub rəhbərliyi də görür.

İlkin İsmayılzadə, Gəncə


Xəbər xətti