"Karyeramı "Real"da başa vurmaq istəyirəm"

01:33 28 Noyabr 2016

Portuqaliya millisinin üzvü Pepe Madridin "Real” klubundakı gələcək karyerasından danışıb.
 
Təcrübəli futbolçu İspaniya mətbuatına açıqlama verən təcrübəli müdafiəçi karyerasını "kral klubu”nda başa vurmaq istədiyini deyib:
 
"Gələcək taleyim "Real”ın əlindədi. Müqaviləmin son gününə qədər klubdan təklif gözləyəcəm. Karyeramı "Real”da başa vurmaq istəyirəm”
 
Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2007-ci ildə 30 milyon avro qarşılığında "Portu”dan "Real”a transfer olunub. Pepe bu mövsüm komandanın heyətində 9 oyuna çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti