"İnter" qələbəni son dəqiqədə əldən verdi - YENİLƏNİB

18:55 28 Noyabr 2016

Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları davam edir.


Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək bir qarşılaşmada "İnter" "Zirə"nin qonağı olacaq.


Görüş meydan sahibləri üçün vacib olduğu qədər də, qonaqlar üçün önəmlidir. Belə ki, 4-cü pilləyə yüksəlməyə çalışan "Zirə" bu gün aktivinə 3 xal yazdırmağa çalışacaq. Lakin "İnter" də asan təslim olmayacaq. Liderlik pilləsini bölüşən "Qəbələ" və "Qarabağ"la arasında 5 xal fərqi olan "bankirlər" bu matçda fərqi azaltmağa çalışacaqlar.


28 noyabr
 
17:00 “Zirə” – “İnter”  1:1

Qol: Ruslan Abışov, 49 (0:1); Yovan Krneta, 90+3, (1:1);
Hakimlər:
Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Kərim Ağayev
Zirə İdman Kompleksinin stadionu


Digər xəbərlər

Xəbər xətti