Sportarena.az
23 Oktyabr 2017

Vuqar Nadirov: "Bu dəfə İtaliya sindromunu qırarıq"

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın futbolçusu Vüqar Nadirov Qol.az saytına müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir:

- Vüqar, xeyli müddətdir səni meydanda görmürük.

- Əvəzedici komandanın oyununda zədələnmişdim. Ayaq əzələmdə yırtıq var idi. Getdikcə zədəmi bərpa edirəm. Həkimlər 4 həftə oynaya bilməyəcəyimi demişdi. Həmin vaxtdan təxminən 3 həftə keçib. Bugündən qaçmağa başlamışam. Hələ ki, komanda ilə məşq etmirəm. Komanda "Qəbələ" ilə sabahkı oyuna hazırlaşır. Mən isə həkimlərin nəzarəti altında fərdi məşq edirəm.


- "Slovan"a acı məğlubiyyətdən sonra “Qarabağ”da ab-hava necədir? "Qəbələ" ilə oyuna köklənmək çətin deyil?

- Hər şey yaxşıdır. "Slovan"la oyun arxada qaldı. Düzdür, bu məğlubiyyət hamıya təsir edir. Təbii ki, o cür şansı əldən vermək üzücüdür. Hamı kimi biz futbolçulara da pis təsir edir. Ancaq başa düşürük ki, futbolda həmişə qalib gəlmək mümkün deyil.


- Təcrübəli futbolçu kimi komandanızın Çexiyadakı zəif çıxışını nə ilə əlaqələndirə bilərsən?

- Komandamızın zəif çıxış etdiyini demək olmaz. Qol imkanlarımız var idi. Muarem bir epizodda qola çox yaxın oldu. Sadəcə, bəzən top qapıya girmir. Eybi yoxdur, şanzımız qalır. Qarşıda "Fiorentina" ilə oyun  var.


- Demək olar ki, ötənilki mənzərə təkrarlanır: qrupun son oyunudur, rəqib İtaliya klubudur və "Qarabağ"ın şansı öz əlindədir.

- Bəli, demək olar ki, eyni ssenaridir. Bu dəfə İtaliya sindromunu qırarıq.


- Çətin olmayacaq?

- Əlbəttə, çətin olacaq. Maraqlıdır ki, komandaların hər biri qrupdan çıxa da bilər, çıxmaya da. Oynadığım dövrdə heç vaxt belə şey görməmişdim.  Ciddi hazırlaşsaq, istədiyimiz nəticəni qazana bilərik. Ancaq biz indi o oyunu düşünmürük. Əsas diqqətlər "Qəbələ" ilə sabahkı görüşə yönəlib.


- Bu oyun haqda nə düşünürsən?

- "Qəbələ" hazırda çox yaxşı formadadır. Avropa Liqasının qrup mərhələsində oynayırlar. Biz də həmçinin. Ona görə də maraqlı oyun olacağını demək olar. Artıq "Qəbələ"nin nəyə qadir olduğunu bilirik. Komandamız çox ciddi hazırlaşır. Hər iki komandanın xalı eynidir. Bizi ancaq qələbə qane edir. Təbii ki, hələ turlar qarşıdadır, ancaq bu oyunda qalib gəlməyimiz vacibdir. Çempionluğa iddialı iki komandanın qarşılaşmasıdır. Bu oyundan çox çey asılıdır.

Tarix
28.11.16 [15:34]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Oktyabr
22 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio